Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşə Ukrayna ordusunun hücum etdiyi Kursk vilayətindəki durumdan danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri Ukraynanın mülki strukturlara hücum edərək silahlı təxribata əl atdığını deyib.
“Kiyev rejimi növbəti irimiqyaslı təxribata əl atıb və mülki binaları müxtəlif növ silahlardan, o cümlədən raketlərdən fərq qoymadan atəşə tutur”, - Rusiya dövlət başçısı bildirib.
Məlumata görə, Ukrayna hərbçiləri bir neçə kəndi ələ keçirsələr də, qısa müddətdə geri alınıb və qarşı tərəf geri çəkilməyə məcbur edilib.