Danimarkada məhkəmə baş nazir Mette Frederiksenə hücum edən 39 yaşlı Polşa vətəndaşına hökm oxuyub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hökmə əsasən təqsirləndirilən şəxsə 4 ay həbs və ölkədən deportasiya cəzası verilib.
Məhkumun vəkilinin sözlərinə görə, təqsirləndirilən şəxs sərxoş olub və hadisəni yaxşı xatırlamır. Vəkil müdafiə etdiyi şəxsin hücum etdiyi qadının baş nazir olduğunu bildiyini deyib. Polyak günahını etiraf etməkdən imtina etdi.
İyunun 7-də Kopenhagendə polyak Danimarkanın baş naziri Mette Frederikseni döyüb . Ona iyunun 7-də küçədə hücuma məruz qaldıqdan sonra çiyin və boyun nahiyəsinin əzilmiş xəsarəti diaqnozu qoyulub.