9 Avqust 15:20
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın “Hizbullah” Hərəkatı İrandan əvvəl İsrailə hava zərbələri endirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla yazır.

ABŞ nəşrinin İsraildəki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlar əsasında yəhudi dövlətinə iki ayrı zərbənin endirilməsinin mümkünlüyünü bildirib. Eyni zamanda, qəzet qeyd edir ki, kəşfiyyat məlumatları azdır və tez-tez dəyişir.

Avqustun 8-də CNN “Hizbullah”ın yaxın günlərdə İsrailə hücum edəcəyi məlumatını yaymışdı.

“Politico”ya görə, İran HƏMAS Hərəkatının lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq, yaxın günlərdə İsrailə kütləvi hava hücumu qərarına yenidən baxa bilər. Nəşrin fikrincə, ABŞ hələ də Haniyənin öldürülməsinə İrandan reaksiya gözləsə də, yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır. Çünki Tehran ilkin cavab planına yenidən baxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər