10 Avqust 21:55
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın pilotsuz təyyarəsi hava məkanını pozduqdan sonra Belarus özünümüdafiə hüququndan istifadə etməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hadisədən sonra Belarus rəhbərliyi həm müttəfiqləri ilə, həm də beynəlxalq strukturlar ilə məsləhətləşmələr aparacaq. Bundan başqa Belarus özünümüdafiə hüququndan tam istifadə etmək, həmçinin istənilən təxribat və ya düşmənçilik hərəkətlərinə cavab vermək niyyətindədir.

“Münaqişə genişlənərsə, yanğın bütün regionu bürüyəcək və Avropa İttifaqı ölkələrinə yayılacaq . Qaliblər olmayacaq!” - Belarus Xarici İşlər Nazirliyinə zəng edib.


Müəllif: Arzu

Oxşar xəbərlər