Belqradda ölkədə litium hasilatına qarşı etirazçılar Budapeşt -Saloniki beynəlxalq magistral yolunda körpünün üzərinə çıxaraq avtomobillərin hərəkətini bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.
Nümayişçilər iki yerə bölünərək bir hissə magistral yola, digəri isə dəmiryol vağzalına tərəf gedib.
Avqustun 9-da Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Rusiya ölkə hakimiyyətinə respublikada “dövlət çevrilişi” məqsədi ilə kütləvi iğtişaşlar hazırlandığı barədə xəbərdarlıq edib.