Ukrayna ordusu 2000-ə qədər canlı qüvvə və ya 5-ə qədər briqada, eləcə də 400 nəfərdən ibarət azı bir batalyonla hücum etdiyi Rusiyanın Kursk vilayətində qalmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Ukraynalılar səngərlər qazırlar. Mövcud cəbhə xətti boyunca və ya onun yaxınlığında mövqe müharibəsi gözləyərək, ruslar da qazma işləri aparırlar”, - nəşr yazır.
Mənbəyə görə, hər iki tərəfin mövqelərini gücləndirməsi o demək deyil ki, ukraynalılar hücumu başa vurublar. Bu, həm də o demək deyil ki, ruslar əks-hücuma keçib ukraynalıları sərhədə qədər sıxışdıra bilməzlər.
“Amma bu o deməkdir ki, cəbhə xəttinin sabitləşməsi və Ukrayna tərəfindən Kurskun uzunmüddətli işğalı gündəmdədir”, - nəşr əlavə edir.
Ukrayna mənbələri bildirir ki, istehkamların tikintisi üçün hər iki tərəf sənaye ekskavatorlarından istifadə etməyə başlayıb.