Slovakiya Baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdlərindən sonra Serbiya Prezidenti Aleksandr Vuçiç də həyati təhlükə ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Fitsoya, ardınca Trampa qarşı sui-qəsd baş verəndə mən Prezident Vuçiçə hazırlaşmasını söylədim. Çünki Ukrayna ilə bağlı sülh yolu ilə qərar verilməsinin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, güllələnir”, - ölkə rəsmisi bildirib.
Vulinin sözlərinə görə, Vuçiçin həyatı Serbiyanın hərbi neytrallığını dayandırmasını, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya-Herseqovinadakı Serb Respublikasından imtinanı istəyənlər tərəfindən təhlükə altındadır.