ABŞ rəsmiləri hesab edirlər ki, İsrail İranın HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə birbaşa cavab verəcəyini gözləmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumatlı mənbələrə istinadla yazır.
“Yerusəlim həmçinin İranın apreldə Suriyada yüksək rütbəli SEPAH rəsmilərinin öldürülməsinə yəhudi dövlətinə kütləvi PUA və raket hücumu ilə cavab verəcəyini də gözləməmişdi”, - məqalədə deyilir.