Jurnalist İnna Demyanenko Kursk vilayətinin Sudja şəhərində yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı xəbər verib.
Jurnalist Demyanenko ilə avqustun 5-dən əlaqə kəsilib. Onun harada olması barədə heç bir məlumat yoxdur.
Demyanenko “Sudjanskie vesti” qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışır. 25 ildən artıqdır ki, o, Rusiya Jurnalistlər İttifaqının üzvüdür.