Rusiyalı milyarder Mixail Fridman Lüksemburqa qarşı Honq-Konq Beynəlxalq Arbitraj Mərkəzinə (HKIAC) müraciət edib.
Teleqraf.com yerli mətbuata istiandən xəbər verir ki, milyarder Lüksemburqda dondurulmuş, ümumi dəyəri təxminən 16 milyard dollar məbləğində olan aktivlərinin geri qaytarılmasını tələb edib.
Lüksemburq AB sanksiyalarının icrası çərçivəsində Fridmanın aktivlərini dondurub. Fridmanı məhkəmədə Britaniyanın keçmiş baş naziri Toni Bleyerin həyat yoldaşı Cherie Blair də daxil olmaqla bir qrup vəkil təmsil edəcək.
İddiaçı tərəf hesab edir ki, Avropa İttifaqı Fridmana qarşı sanksiyaları onun Rusiya vətəndaşı olduğu və biznesdə uğur qazandığı üçün tətbiq edib.