Rusiya Ukraynanın Xarkov vilayətinə PUA ilə hücum edib.
Teleqraf.com xəbər verir ki, avia bomba tibbi maşının üzərinə düşüb.
Ukrayna Milli Polisinin İstintaq Departamentinin rəhbəri Sergey Bolvinov bildirib ki, tibb maşınında olan iki həkim ölüb, yaxınlıqda hərəkət edən avtomobildə olan üç mülki şəxs isə yaralanıb