Son günlər Çadda baş verən daşqınlar nəticəsində azı 54 nəfər ölüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ən çox zərər çəkən ərazi ölkənin şimalında yerləşən Tibesti bölgəsi olub və daşqınlar bölgənin 6 rayonunu əhatə edib.
Bu daşqınlar Qərbi və Mərkəzi Afrikanın digər ölkələrinə də, o cümlədən Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Niger, Nigeriya və Toqoya da təsir göstərib. BMT-nin məlumatına görə, ümumilikdə 700 mindən çox insan bu təbii fəlakətdən zərər çəkib.