Mən vitse-prezident Kamala Harrisin zəkasına o qədər də hörmət etmirəm, eyni zamanda onun dəhşətli lider olacağını düşünürəm.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
"Düşünürəm ki, bu sözləri deməyə haqqım var. Ona o qədər də hörmətim yoxdur. Mənə qarşı ədalət sistemini silahlandırdığına görə ona çox qəzəbliyəm. Onlar mənim yaxşı olmağımı istəyirlər. Amma mənə qarşı yaxşı davranmırlar. Məni həbsə atmaq istəyirlər", - Tramp bildirib.