Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Sergeyevka kəndini nəzarətə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, son bir həftə ərzində Lisiçnoy və İvanovka da ələ keçirilib.
“Mərkəz qoşun qruplaşmasının bölmələrinin aktiv əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasının (tanınmamış – red.) Lisiçnoy, İvanovka və Sergeyevka kəndləri azad edilib”, - açıqlamada deyilir.