Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun müşaviri olan Andrey İlnitski Müdafiə Nazirliyindən qovulub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, İlnitski Müdafiə Nazirliyi rəhbərinin informasiya siyasəti üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyunun 17-də müdafiə nazirinin 4 müavininin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb. Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popov öz vəzifələrini tərk ediblər.