20 Avqust 01:11
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, dövlət borcunu azaldacağına söz verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçi Pensilvaniyada seçki mitinqindəki çıxışında deyib.

Trampın sözlərinə görə, ABŞ milli borcunu ödəməlidir. O vurğulayıb ki, ölkənin 35 trilyon dollar borcu var, lakin bu məbləği tez bir zamanda azaltmaq olar.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Co Bayden administrasiyası dövründə federal büdcə kəsirinin rekord həddə - 6,6 trilyon dollara çatdığını bildirmişdi.


Müəllif: Arzu

Oxşar xəbərlər