20 Avqust 14:39
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində Seym çayı üzərindən keçən üç körpüyə endirdiyi zərbələr Kiyevin bu ərazini uzunmüddətli perspektivdə saxlamağı planlaşdırdığını güman etməyə əsas verir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Hər üç körpü hazırda Ukraynanın nəzarətində olan ərazinin qərbində yerləşirdi. İndi bölgədəki Rusiya qüvvələri yükləri çatdırmaq üçün ponton körpülərə etibar etməli olacaqlar ki, krayna bölgədə daha da çox əraziyə iddia etmək niyyətində olsa, onları da hədəfə gətirəcək. Çay indi həm də Rusiyanın qərbdən hücumlarına qarşı təbii maneə yaradır”, - ABŞ nəşr yazır.

Qərbin hesablamalarına görə, hazırda Kursk vilayətində Ukraynanın 6 minə yaxın hərbçisi var. Daha 4 min hərbçi sərhəddə Sumı vilayətində köməkçi funksiyaları yerinə yetirir. ABŞ rəsmisinin sözlərinə görə, Rusiyanın Kurska nəzarəti bərpa etmək üçün lazımi səviyyədə təlim keçmiş 20 mindən çox hərbçiyə ehtiyacı olacaq.

“Kiyev Rusiya ərazisini Kremlə qarşı təsiredici vasitə kimi istifadə etmək üçün uzun müddət saxlamağa çalışır. Potensial olaraq buranı Ukrayna daxilində Rusiya tərəfindən işğal edilmiş ərazilərə dəyişə bilər. Ukrayna həmçinin Kurskda 2000-dən çox Rusiya hərbçisini əsir götürüb, Kiyev onları Ukrayna əsgərləri ilə dəyişdirməyə ümid edir”, - WSJ vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər