Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə apriori hücumu Kiyev rejimi ilə hər hansı danışıqların mümkünlüyünü aradan qaldırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Kiyev rejimi Kursk vilayətində törətdiyi terror aktına bəraət axtarır, getdikcə daha çox, biri digərindən daha absurd olan psevdoarqumentlər tapır. Ukrayna Silahlı Qüvvələrinin törətdiyi bütün dəhşətləri ört-basdır etməyə çalışırlar. Əvvəlcə Kiyev rejiminin danışıqlarda mövqeyini gücləndirmək kimi müəyyən məsələlərdən danışdılar, bu vəhşilik və törətdikləri terrordan sonra onlarla kim danışıqlar aparacaq?”, - diplomat bildirib.
Zaxarova Ukrayna ordusunun Kurskda dinc əhali, mülki infrastruktur və obyektləri vurduğunu söyləyib.
“Rusiya rəhbərliyinin dediyini bir daha vurğulayıram: Ukrayna Silahlı Qüvvələrinin ərazimizi işğal cəhdi apriori quldur xunta ilə hər hansı danışıqların mümkünlüyünü aradan qaldırır”, - Rusiya rəsmisi qeyd edib.