22 Avqust 16:01
6 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə avqustun 29-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısına dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli açıqlama verib.

Diplomat təklifin qəbul edildiyini və xarici işlər naziri Hakan Fidanın Brüsselə səfərinin gözlənildiyini bildirib.

“Ümid edirik ki, bu addım AB Xarici Əlaqələr Şurasının 15 iyul 2019-cu il tarixli və münasibətlərimizi çıxılmaz vəziyyətə salan qərarlarına düzəlişlər edilməsinə zəmin yaradacaq. Bu dəvət həm də onu göstərir ki, AB regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə Brüssel arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini dərk edir”, - Keçeli deyib.

Rəsmi həm də Brüsseli Türkiyənin AB-yə üzvlük prosesini canlandırmağa çağırıb.

Türkiyənin 5 ildən sonra dəvət olunduğu sammit AB-nin xarici işlər nazirlərinə aktual beynəlxalq mövzularda sərbəst fikir mübadiləsi aparmaları üçün qeyri-rəsmi ortamı təmin etmək məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər