Şiddətli döyüşlərin davam etdiyi Donetsk vilayətində vəziyyət ağırdır, getdikcə daha da pisləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” yazır.
Nəşrin son məlumatına görə, Rusiya qüvvələri daha bir yaşayış məntəqəsini ələ keçiriblər:
“Düşmən Novoqrodivkanı tutub, orada, xüsusən də hündürmərtəbəli binalarda möhkəmlənməyə çalışırlar. Ruslar cənuba doğru irəliləyirlər - xüsusən də dəyişikliklərin baş verdiyi Ptiçiqoya sarı”.
Pokrovsk şəhəri yaxınlığındakı əsas yüksəkliklərdən biri Selidovoya qədər uzanan Ptıxinin cənub-qərbində yerləşir. Rusiya ordusu buranı ələ keçirməyə çalışır.
“Ruslar bu yüksəkliyi götürsələr, düzənlik və ya Vovça çayı yaxınlığındakı Ukrayna hərbçiləri üçün ciddi problemlər yaradacaq. Vəziyyət hələ sabitləşməyib. Ərazidə Rusiyanın inanılmaz sayda şəxsi heyəti yerləşdirilib. Ukrayna müdafiə qüvvələri düşmənin irəliləməsinin qarşısını almaq üçün maksimum səy göstərir, amma vəziyyət çətin olaraq qalır”, - nəşr qeyd edir.