Avropa Parlamentinin "Fidesz" partiyasından olan üzvü Balazs Gyorff bir qadına hücum etdi.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi hadisə zamanı sərxoş olduğunu etiraf edib.
"Dünən gecə sərxoş halda bir xanımla mübahisə etdim və bu, çox təəssüf ki, hücuma çevrildi" - deyib.
Hadisədən sonra Gyorff mandatını təslim edəcəyini və partiyanı tərk edəcəyini açıqlayıb. Deputata qarşı xuliqanlıq və ağır xəsarətlər üzrə cinayət işi açılıb .