Teleqramın yaradıcısı Pavel Durovun həbsi fonunda Rusiya rəsmilərinə Teleqramdakı rəsmi yazışmaları silmək tapşırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb .
Məlumata görə, tapşırıq bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin prezident administrasiyasının məsul işçilərinə də gəlib.
Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbələrində çalışanlara da göstərişlər verilib.