25 Avqust 23:46
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun İsrailə səfər edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Braun burada İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşəcək.

Trəflər Yaxın Şərqdəki təhdidlərə cavab tədbirləri çərçivəsində təhlükəsizlik məsələlərini və regionda birgə təlimlə bağlı strategiyaları müzakirə edəcəklər.

Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri regional sabitliyi və iki ordu arasında koordinasiyanı gücləndirmək öhdəliyinin bir hissəsi olaraq ABŞ ordusu ilə əlaqələrini dərinləşdirməyə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər