26 Avqust 15:41
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Ukrayna hərbi komandanlığı Kursk vilayətinin işğalının şərq cəbhəsində Silahlı Qüvvələrə təzyiqi azaldacağına ümid edirdisə, yəqin ki, Rusiyanın qərarı onu məyus edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.

Nəşr bildirir ki, Kurska hücumdan sonra Rusiya Ukraynanın şərqindəki qüvvələrini yox, gənc və zəif təlim keçmiş çağırışçıları bura göndərib.

Hazırda ruslar Pokrovsk şəhərində irəliləməyə davam edirlər, artıq onlar Novoqradivkaya daxil olublar. Pokrovsk Ukrayna ordusunun Donetskdən qərbə gedən əsas təchizat yollarının yaxınlığında yerləşir.

“Forbes” yazır ki, hətta M-1 Abrams tankları ilə təchiz edilmiş Ukrayna ordusunun elit 47-ci briqadası da irəliləyən Rusiya qüvvələrini dayandıra bilməyib. Kəşfiyyatçılar deyirlər ki, şəhərin müdafiəçiləri yalnız Rusiyanın itkilərinə sevinə bilərlər.

Bununla belə, nəşr qeyd edir ki, cəbhə xətti Pokrovska yaxınlaşdığından yavaş irəliləmə belə Ukrayna üçün təhlükəlidir: “Bu, Ukraynanın şərqdə müdafiəsinin daha geniş şəkildə iflasına gətirib çıxararsa, Kiyev Kursk əməliyyatının başlamasına təəssüf edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər