Rusiya Federasiyası Silahlı Qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsinin azad edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov "Teleqram" kanalında paylaşıb.
Onun məlumatına görə, Kursk vilayətinə daxil olan Nijnaya Parovaya və Neçayev azad olunub.
Alaudinov əlavə edib ki, təmas xətlərində vəziyyət heç bir ciddi dəyişikliyə məruz qalmayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi bütün günü hücuma keçib və buna görə də çox ağır itkilər verib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib.