Almaniyada qeyri-qanuni miqrantların deportasiyası üçün tədbirlər gücləndiriləcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bəyanat yayıb.
O, bu bəyanatı Solingendəki hücum fonunda verib. Siyasətçi vurğulayıb ki, Almaniyaya gələnlərin heç də hamısı ölkədə qala bilməz.
"Almaniyada qala bilməyən və hüququ olmayan insanlar öz ölkələrinə qaytarılmalıdır".