Kiyevin Kursk vilayətində təxribatı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyəti zonasında gərginliyin artmasına səbəb olur.
Teleqraf.com xəbər verir ki, bunu KTMT Baş Qərargahının rəisi Andrey Serdyukov deyib.
“Ən mürəkkəb kimi xarakterizə edilən Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda mövcud hərbi-siyasi durum dövlətə ciddi təsir göstərir. Gərginliyin artmasına Kiyev rejiminin Rusiya Federasiyasının Kursk vilayətində görünməmiş təxribat törətməsi şərait yaradır”, - qərargah rəisi bildirib.
Serdyukovun sözlərinə görə, NATO “Şərqdən gələn təhlükə” bəhanəsi ilə KTMT-nin qərb sərhədlərində mövcudluğunu artırır.
KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Rusiya hələlik Kurska hücumla bağlı hərbi blokun üzvlərindən hərbi yardım istəməyib.