Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili 2008-ci ilin avqust hadisələrinə görə parlament seçkilərindən sonra müxalifəti ədalət qarşısında cavablandıracağına söz verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə yerli mediaya danışıb.
Onun sözlərinə görə, radikalların Gürcüstan siyasətində iştirakı həmişəlik dayandırılmalıdır.
"Və nəinki dayanmaq, həm də 2008-ci ilin avqustunda həmvətənlərimizin qurbanı olduğu və nəticədə iki tarixi bölgəmizi itirdiyimiz ən ağır cinayətə görə rejimi qınamaq məsələsi ortaya çıxmalıdır", - İvanişvili vurğulayıb.
Qeyd edək ki, avqustun əvvəlində Gürcüstanda parlament seçkilərinin vaxtı təyin edilmişdi . Ölkə prezidenti Salome Zurabişvili ölkədə parlament seçkilərinin oktyabrın 26-da keçiriləcəyini açıqlayıb.