Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən reyestrdə qeydiyyatdan keçməkdən imtina edən xarici agent statusu olmayan təşkilatlar cərimələnəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin rəhbərinin müavini Tamar Tkeşelaşvili bildirib.
“Qeydiyyatdan keçsələr, təşkilatlar maliyyə cəzası olmadan fəaliyyətini davam etdirəcəklər və qeydiyyatdan imtina etsələr, cərimələnəcəklər, lakin bu cərimələri ödəyə bildikləri müddətcə fəaliyyətini davam etdirəcəklər” - Tkeşelaşvili bildirib .
Onun sözlərinə görə, qeydiyyatdan keçmiş təşkilatlar iş və ya maliyyələşdirmə ilə bağlı məhdudiyyətlərə məruz qalmayacaq. Tkeşelaşvili qeyd edib ki, qeydiyyatdan imtina edənlər özlərinə ziyan vuracaqlar. Əgər şəxs qeydiyyatdan keçməkdən imtina edərsə, monitorinq mexanizmi işə düşür. Ədliyyə nazirinin müavini əlavə edib ki, yoxlama nəticəsində həmin təşkilatlar reyestrə daxil ediləcək. Bununla belə, onların fəaliyyəti məhdudlaşdırılmayacaq.