5 Sentyabr 15:16
23 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2022-ci ildə İstanbulda (Türkiyə) əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt vaz keçməmişik, amma bəzi xüsusi tələblər əsasında yox, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”, - Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, amma sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti başqa yol tutub.

Həmçinin Putin qeyd edib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər:

“Bu məsələdə tərəfdaşlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin rəhbərləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər