12 Sentyabr 15:13
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlarla ölkə BRİKS-ə qoşulmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu gün 34 dövlət bu və ya digər şəkildə assosiasiyamızın fəaliyyətinə qoşulmaq arzusunu bildirib”, - Rusiya prezidenti vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya BRİKS-in hazırkı sədri kimi birgə işin təşkilinə məsuliyyətli yanaşma nümayiş etdirir.

BRİKS-ə qoşulmaq istəyən ölkələr arasında Azərbaycan və Türkiyə də var. Bakı və Ankara bunun üçün birliyə rəsmən müraciət edib.

BRİKS-ə qoşulmaq istəyən ölkələr: Azərbaycan, Türkiyə, Bəhreyn, Banqladeş, Əlcəzair, İndoneziya, Mərakeş, Honduras, Küveyt, Kuba, Meksika, Nigeriya, Suriya, Tacikistan, Tailand, Tunis, Vyetnam, Yunanıstan və sair.

BRİKS-in qurucuları Cənubi Afrika Respublikası, Rusiya, Çin, Braziliya və Hindistandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər