ABŞ Pezidenti Co Bayden Ağ Evdə Böyük Britaniya Baş naziri Kir Starmerlə görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin haqda çox düşünmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, liderlər münaqişənin Ukraynanın xeyrinə həlli üçün Britaniya və ABŞ-ın səylərini strateji cəhətdən birləşdirdiklərini deyiblər.
Starmer həmçinin önümüzdəki həftələrvə ayların Ukrayna üçün həlledici olacağını, iki ölkənin Rusiyaya qarşı mübarizədə Ukraynaya davamlı dəstəyini vurğulayıb.
“Rusiya Prezidenti Vladimir Putinin müharibə təhdidi barədə nə düşünürsünüz” sualına Bayden belə cavab verib: “Vladimir Putin haqqında çox düşünmürəm”.
ABŞ lideri əlavə edib ki, Putin bu müharibədə qalib gəlməyəcək:
“Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın işğalçı təcavüzündən özünü müdafiə etməkdə kömək üçün sizinlə işləməyə hazırdır. Bəllidir ki, Putin bu müharibədə qalib gəlməyəcək, Ukrayna xalqı qalib gələcək”.