17 Sentyabr 00:39
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyətinin “osetin qardaş və bacılarından” üzr istəməsi ilə bağlı bəyanatları potensial olaraq barışıq prosesinin başlanğıcı ola bilər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Abxaziya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu bəyanatın birbaşa Abxaziya Respublikasına aidiyyəti olmamasına baxmayaraq, qeyd etmək istərdik ki, belə bir bəyanat mehriban qonşuluq münasibətlərinə aparan prosesin başlanğıcı ola bilər”, - bəyanatda deyilir.

XİN onu da qeyd edib ki, bu cür bəyanatlar barışıq istiqamətində real addımlarla dəstəklənməlidir. Nazirlik vurğulayıb ki, Gürcüstan keçmiş səhvlərinə yenidən baxmalı, Abxaziya və Cənubi Osetiya xalqından üzr istəməli, siyasi və iqtisadi təzyiqlərdən əl çəkməli və sülh müqaviləsi imzalamalıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər