Gürcüstanın LGBT təbliğatına qarşı qanun qəbul etməsi ölkəni Avropa İttifaqından (Aİ) uzaqlaşdırır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsi hesabında paylaşım edib.
“Gürcüstan parlamentinin qəbul etdiyi qanunlar paketi homoseksual insanlara qarşı ayrı-seçkiliyə hesablanıb. Bu, Venesiya Komissiyasının vurğuladığı kimi, insanların mülki hüquqlarını pozur və Gürcüstanı Avropa İttifaqından uzaqlaşdırır”, – paylaşımda qeyd edilib.