13:17
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadan (İdlib əyaləti) yaraqlıların cəlb edilməsi məqsədilə Ukrayna nümayəndələri ilə beynəlxalq terror təşkilatları arasında danışıqlar aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Artıq Türkiyə və Suriyanın “Aydınlık” və “Əl-Vətən” qəzetlərinin ukraynalı emissarların, o cümlədən şəxsən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovun “Heyət Təhrir əl-Şam” terror təşkilatı ilə danışıqlar aparması ilə bağlı son xəbərlərinə diqqət çəkmişik. Bu danışıqlar Kiyev rejimi tərəfindən Suriyanın İdlib əyalətində Rusiyaya qarşı birgə hücumların hazırlanması üçün yaraqlıların cəlb edilməsi ilə bağlı aparılır”, - rusiyalı diplomat bildirib.

Zaxarova Suriya mənbələrinə istinadla qeyd edib ki, bu yaxınlarda Ukrayna ordusunun 250 təlimatçısı adıçəkilən qruplaşmanın terrorçularına təlim keçmək üçün İdlibə gedib.

Rusiya rəsmisi Ukraynanı terrorçular və muzdlulardan istifadə edərək bütün dünyanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər