20 Sentyabr 20:05
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilir ki, "Telegram" kiberhücumlar, zərərli proqramların yayılması, istifadəçilərin geolokasiyasının müəyyən edilməsi, raket zərbələrinin tənzimlənməsi üçün fəal şəkildə istifadə olunur. Bunun qarşısını almaq üçün dövlət qulluqçularına, hərbi qulluqçulara, təhlükəsizlik və müdafiə sektoru işçilərinə, eləcə də ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına "Telegram"dan istifadə etmək qadağa olundu.

Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər