23 Sentyabr 13:28
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Ukrayna münaqişəsində qələbə qazansa, Rusiya ərazisi uzaqmənzilli raketlərlə hədəfə alına bilər, bu da nüvə toqquşması riski yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu Cənub-Şərqi Norveç Universitetinin (USN) professoru Qlen Dizen deyib.

Onun sözlərinə görə, bu durumda baş verəcək mümkün nüvə savaşının məsuliyyəti NATO ölkələrinin üzərinə düşəcək.

Dizen hesab edir ki, Ukrayna uduzsa, NATO nüfuzunu itirəcək, çünki Qərbdə mərc Kiyevin qələbəsinə qoyulub. Professorun fikrincə, NATO-nun Şərqə doğru genişlənməsi, Rusiya ilə təhlükəsizlik sazişlərinin pozulmasından və ABŞ-ın hegemon ambisiyalarının təzahürüdür. Bu səbəbdən analitik alyans ölkələrinin Rusiyaya qarşı uzaqmənzilli dəqiq raketlərdən istifadə etməyə hazır olacağını və bu səbəbdən nüvə qarşıdurması riskini istisna etmir.

“Ukraynada müharibənin başlanmasına NATO səbəb olub və bütün sülh cəhdlərini sabotaj edib. Bu müharibə provokasiyasında NATO-nun mərkəzi rolunu tanımadan, mümkün siyasi həll yolunu müəyyən edə bilmərik”, - Dizen vurğulayıb.

“The Times” bundan öncə yazmışdı ki, Böyük Britaniya və ABŞ yaxın həftələrdə Ukraynadan uzaqmənzilli Qərb raketləri ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün üstüörtülü qərar qəbul edə bilər. Nəşr iddia edir ki, ilk zərbəyə qədər bu faktı gizli saxlamağa çalışacaqlar.

Sentyabrın 22-də ABŞ Prezidenti Co Bayden jurnalistlərin müvafiq sualına cavab olaraq belə bir qərarın hələ verilmədiyini açıqlayıb. Həmçinin sentyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi Qərb bu məsələdə artıq razılaşıb və bu, mediada rəsmiləşdirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər