ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının hədəflərinə azı 9 zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib.
Ölkənin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi də iki hava hücumuna məruz qalıb.
Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.