12 Noyabr 02:27
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir vilayətinin Səlcuq rayonunda fərdi yaşayış evində baş verən yanğında bir ailənin beş uşağı həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Məlumata görə, uşaqlar evdə valideynsiz qalıb, evin qapısı bağlı olub. Yanğın barədə qonşular "112" təcili yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər və həkimlər eyni otaqda ekspertlərin rəyinə görə dəm qazından boğularaq ölən 3 uşağın meyitini aşkar ediblər. İki azyaşlı oxşar simptomlarla xəstəxanaya yerləşdirilsə də, həkimlər onları xilas edə bilməyiblər.

Ölənlərin ən kiçiyinin bir, böyüyünün isə beş yaşı olub. Müstəntiqlərin fikrincə, yanğın aşmış elektrik sobasından başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər