11 Noyabr 17:51
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “Space X” şirkətlərinin sahibi, milyarder İlon Mask Donald Trampın gələcək administrasiyasında vəzifə tutmayacaq, baxmayaraq ki, onun ABŞ-ın yeni seçilmiş prezidentinə təsiri böyükdür.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla yazır.

Maskın federal hökumətdə xərclərlə bağlı müvafiq komissiyasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bununla belə, həmsöhbətlərdən biri kanala bildirib ki, Maskın rəhbərlik etdiyi şirkətlərdəki roluna necə təsir edəcəyini nəzərə alanda, onun hökumətdə vəzifə tutmaq istəməsi ehtimalı azdır.

Mənbənin iddiasına görə, Mask mübahisəli məsələlərlə bağlı ABŞ hökuməti üçün tövsiyələr hazırlayan qurumlardan birinə təyin ediləcək.

Mənbələr iddia edirlər ki, Maskın Trampa böyük təsiri var.

CNN bildirir ki, seçkilərdən sonra Mask tez-tez Trampın yanında görünür, bəzi axşamlar onunla şam yeməyi yeyir, qolf oynayır.

“Bundan əlavə, bir neçə dünya lideri Trampı təbrik etmək üçün zəng edəndə Mask orada olub. Həmçinin Trampın kadr qərarlarının qəbulunda iştirak edib”, - mənbələrdən biri söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər