Amerikalı qadın 2645 litr ana südü bağışlamaqla Ginnesin rekordlarını qırıb.
Teleqraf.com "Good News Network"ə istinadən xəbər verir ki, Texas sakini Elis Oqletri 2010-cu ildə oğlu Kaylı dünyaya gətirəndən sonra donorluq etməyə başlayıb.
Tibb bacıları Elisin artıq südü olduğunu görərək, ona ana südün qıtlığından əziyyət çəkən körpələr üçün donor olmağı təklif ediblər. Amerikalı buna məmnuniyyətlə razılaşıb.
"Mənim böyük ürəyim var, amma təəssüf ki, mən həmişə yaxşı işlərə pul bağışlaya bilmirəm, çünki qayğı göstərməli olduğum ailəm var", deyə donor qadın bildirib.