11 Noyabr 12:04
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti hələ də Kremlin Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərdiyinə görə Pxenyana konkret nə verəcəyini bilmir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

“Düşünürəm ki, Putin bunu hələ dəqiq bilmir, gələcəkdə Şimali Koreya üçün konkret nə edəcəyinə hələ qərar verməyib. Ola bilsin, Kim Çen In Rusiyadan hərbi və texnoloji dəstək şəklində önəmli bir şey gözləyir. Bu, Şimali Koreyanın nüvə proqramı ilə bağlı ola bilər.

Nə olacağını deyə bilmərəm, amma biz artıq rusların Şimali Koreyanın nüvə proqramına bu gün 5-10 il əvvəlkindən fərqli baxmaq lazım olduğunu dediklərini eşitmişik. Ona görə də Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərlə bağlı real narahatlıq var. Bu, bütün ölkələrin diqqət yetirməli olduğu məsələdir”, - Amerika rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər