11 Noyabr 15:02
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Ukraynanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan qorumaq üçün Böyük Britaniya ilə ittifaq yaratmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Polşa Baş naziri Donald Tusk ABŞ seçkilərinin nəticələrinin Ukraynaya hərbi dəstəyə mümkün təsirindən narahat olduğu üçün britaniyalı həmkarı Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və NATO baş katibi Mark Rutte ilə yaxın günlərdə görüşməyi planlaşdırır.

Kiyev Trampın Ukraynanı Rusiyanın xeyrinə olacaq anlaşmaya sövq edəcəyindən şübhələnir.

ABŞ-ın yeni liderinin mümkün planına işğal edilmiş ərazilərdən Rusiyanın xeyrinə imtina və Ukraynanın NATO üzvlüyü məqsədindən geri çəkilməsi kimi məsələlərin olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər