İnsanabənzər balıq sosial şəbəkələrdə məşhurlaşıb.
Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, balığın sahibi britaniyalı Malkolm Pauson üç il əvvəl bağçasındakı gölməçə üçün onu alıb.
Malkolm bildirib ki, unikal sazan onun ailəsi və dostları arasında diqqət mərkəzinə çevrilib. İndi britaniyalı böyüyən balıqları üçün gölməçəni genişləndirməyi düşünür.