10:37
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibənin sonu düşündüyümüzdən də yaxındır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Düşünürəm ki, sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq”, - Ukrayna lideri bildirib.

Zelenski həmçinin müttəfiqlərini Ukrayna ordusunu gücləndirməyə çağırıb:

“Qələbə planı Ukraynanın güclənməsi deməkdir. Ona görə də biz dostlarımız və müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik. Bu çox vacibdir”.

Ukrayna prezidenti əlavə edib ki, Kiyev yalnız güclü mövqedən Rusiya lideri Vladimir Putini müharibəni dayandırmağa məcbur edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər