26 Sentyabr 16:44
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentinin birinci müavini yaxın günlərdə Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir, bu barədə ölkə Prezidenti Məsud Pezeşkian məlumat verib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə birinci müavinim Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu məsləhətlər insanlara daha yaxşı yaşamağa kömək edəcək. 14-cü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi-iqtisadi diplomatiya axtarır. Biz söz verdiyimiz kimi Şərq və Qərblə milli maraqlar əsasında əməkdaşlıq edəcəyik”, - İran prezidenti X sosial şəbəkəsində yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər