Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) önəmli fiqurları Mansur Yavaş və Əkrəm İmamoğlu arasındakı gərginlik pik həddə çatıb.
Teleqraf.com xəbər verir ki, türkiyəli jurnalist Fərhad Murad İstanbul və Ankaranın bələdiyyə sədrləri İmamoğlu ilə Yavaş arasında yaşanan kreslo savaşına fərqli rəng qatacaq iddia irəli sürüb.
Jurnalist CHP daxilində də bölünmə yaradan gərginliyin Ankaranın bələdiyyə sədrinin partiyadan ayrılması ilə nəticələnə biləcəyini söyləyib.
“Bizi qarşıda İmamoğlu, Yavaş və Ərdoğanın namizəd olacağı prezident seçkiləri gözləyir. Mansur bəy 2026-cı ildə CHP-dən namizəd olmasa, yoluna başqa partiya ilə davam edəcək. Həmin partiyadan da prezidentliyə namizədi olacaq”, - Murad vurğulayıb.
Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilib. Ötən il baş tutan son seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin dönəm sədri Kamal Kılıçdaroğlunu məğlub etmişdi.