Fələstinin HƏMAS qruplaşmasının Livandakı lideri Fateh Şərif Əbu əl-Əmininin İsrailin ölkənin cənubunda endirdiyi zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, qrup hücumda onun bir sıra ailə üzvlərinin də həlak olduğunu bildirib.
Fələstinin Azadlıq Xalq Cəbhəsi də bəyanat yayaraq, İsrailin Beyrutu hədəfə aldığı hücumda liderlərindən üçünün öldürüldüyünü bəyan edib.
İsrailin Livanda “Əl-Cəmayə əl-İslamiyyə” təşkilatının rəhbərliyini də hədəfə aldığı deyilir.