2 Oktyabr 15:47
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə hücumunu pisləyib.

Teleqraf.com xəbər verir ki, Fransa lideri ABŞ-ın maraqları naminə İranla qarşıdurmaya hazır olduqlarını bəyan edib.

“Biz ABŞ ordusu və maraqlarını İran və İranın dəstəklədiyi terrorçulardan qorumaq üçün bütün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik”, - Makron bildirib.

Bununla yanaşı, Makron əlavə edib ki, Fransa Tehrana qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdəki hərbi resurslarını səfərbər edib.

Onun sözlərinə görə, Paris Tehranın aqressiv davranışlarını dayandırmaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.

Eyni zamanda Fransa prezidenti İsraildən hərbi əməliyyatlarını mümkün qədər tez dayandırmasını istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər