08:27
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Qrin Bey şəhərində ömürlük həbs cəzasına məhkum edilmiş iki qardaşa bəraət verilib.

Teleqraf.com xəbər verir ki, hadisə 1987-ci ilin avqustunda baş verib. Viskonsin ştatının Qrin Bey şəhərindəki barda işləyən iki uşaq anası qadının qalıqları meşədə tapılıb. Qatilin axtarışına başlansa da, uğur qazanılmayıb.

Devid və Robert Binz qardaşları 2000-ci ildə islah müəssisəsində bir məhbusun məlumatı əsasında həbs edilib. Qardaşların qətldə əli olduğuna dair heç bir fiziki sübut olmasa da, onlar ömürlük həbs cəzasına məhkum ediliblər.

2023-cü ildə cinayət yerində tapılan DNT-nin genetik profili yaradılıb və nəticədə əsl günahkar müəyyənləşib. Qardaşların günahsız olduğu ortaya çıxsa da, onlar 24 il həbsdə qalıblar. İndi ədalətin pozulmasına görə təzminat tələb etməyi planlaşdırırlar, lakin ştatda təzminat imkanları məhduddur və əldə edilə biləcək maksimum məbləğ 25.000 dollardır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər